-870x653.jpg)
The Khudafereen Xaricdə Təhsil Şirkəti ilə yeni əməkdaşlıq müqaviləsi bağladıq.
Bu əməkdaşlıq çərçivəsində, The Khudafereen Xaricdə Təhsil Şirkəti vasitəsilə xarici ölkələrdə təhsil almağa gedən tələbələrin yeni mühitə daha sağlam şəkildə adaptasiya olunmaları, psixoloji rifahlarının qorunması və akademik müvəffəqiyyətlərinin artırılması məqsədilə Humel Psixologiya Mərkəzi tərəfindən peşəkar psixoloji dəstək xidmətləri təqdim ediləcək.
Tələbələrə fərdi psixoloji konsultasiyalar, adaptasiya prosesinin idarə olunması, stresin azaldılması, mədəniyyətlərarası uyğunlaşma və xaricdə yaşamağın yaratdığı emosional çətinliklərin öhdəsindən gəlməklə bağlı mütəmadi olaraq dəstək göstəriləcək. Bu xidmətlər, tələbələrin həm şəxsi, həm də akademik həyatlarında daha güvənli, balanslı və uğurlu olmalarına töhfə verəcək.
Bundan əlavə, Humel Psixologiya Mərkəzi və The Khudafereen Xaricdə Təhsil Şirkəti tələbələrin inkişafını dəstəkləmək məqsədilə birgə maarifləndirici seminarlar, psixoloji hazırlıq proqramları, valideynlər üçün məlumatlandırıcı görüşlər və müxtəlif inkişafyönümlü layihələrin həyata keçirilməsi barədə razılığa gəlib.
İnanırıq ki, bu əməkdaşlıq yalnız xaricdə təhsil alan gənclər üçün daha güclü dəstək sistemi yaratmaqla kifayətlənməyəcək, həm də ölkəmizdə psixoloji maarifləndirmənin artırılması və tələbə rifahının yüksəldilməsi istiqamətində mühüm töhfə verəcək.
Tags: Tələbə rifahı tələbə adaptasiyası psixoloji hazırlıq xaricdə təhsil Humel Psixologiya Mərkəzi The Khudafereen fərdi dəstək proqramları akademik uğur psixoloji konsultasiya stress və emosional idarəetmə xaricdə tələbə həyatı tələbələrin inkişafı xaricdə təhsil layihələri maarifləndirici seminarlar xaricdə tehsil

Write a comment